Kiril Budanov: Ukrayna oktyabrda sülh danışıqlarına hazırlaşır
Far.Az xəbər saytı

Kiril Budanov: Ukrayna oktyabrda sülh danışıqlarına hazırlaşır


ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər.

"Report"un məlumatına görə, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bunu Kiyevdə keçirilən YES görüşü çərçivəsində "İnterfaks-Ukraina" xəbər agentliyinə açıqlamasında bildirib.

"Hazırlaşırıq. Oktyabr ayına..", - Budanov deyib.

O, həmçinin üçtərəfli formatın müzakirə olunduğunu təsdiqləyib. Lakin danışıqların mümkün yeri barədə şərh verməkdən imtina edib.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio xüsusi elçilər Stiv Uitkov və Cared Kuşnerin həftəsonu Kiyevdə və Moskvada keçirilən danışıqları məzmunlu adlandırıb və onların danışıqların bərpasına yol açacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, 6 sentyabrda Uitkov və Kuşner Kiyevdə olublar, Prezident Volodimir Zelenski və avropalı tərəfdaşlarla danışıqlar aparıblar. Bir gün əvvəl onlar Moskvaya səfər ediblər və Rusiya lideri Vladimir Putinlə görüşüblər.

Görüşdən sonra Prezident Volodimir Zelenski Ukraynanın ABŞ və Rusiyanın iştirakı ilə müharibəyə son qoymaq üçün üçtərəfli danışıqlara qayıtmağa hazır olduğunu bildirib. O, həmçinin Ukrayna, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə sonrakı görüş barədə razılığın əldə olunduğunu açıqlayıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər