İndoneziyada bərənin qəzaya uğraması nəticəsində altı nəfər ölüb – YENİLƏNİB
Far.Az xəbər saytı

İndoneziyada bərənin qəzaya uğraması nəticəsində altı nəfər ölüb – YENİLƏNİB


İndoneziyalı xilasedicilər Yava dənizində "Virgo Transport 8" bərəsinin qəzaya uğramasından sonra altı nəfərin cəsədini aşkarlayıblar.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə Banjarmasin Axtarış-Xilasetmə İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində 130 sərnişin və ekipaj üzvü itkin düşüb, ən azı 107 nəfər xilas edilib.

Qeyd olunub ki, göyərtəsində 243 nəfərin olduğu bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə gedirmiş. Gəmi, həmçinin 89 nəqliyyat vasitəsi daşıyırmış.

Gəminin kapitanı kömək siqnalı verməzdən əvvəl dənizdə dalğaların hündürlüyünün 3 metrə çatdığı güclü dalğalanma barədə məlumat verib və gəminin əyildiyini bildirib. Daha sonra hakimiyyət orqanlarına gəminin çevrildiyi barədə məlumat daxil olub.

Axtarış-xilasetmə əməliyyatına xilasedici qruplar, o cümlədən dörd hərbi gəmi olmaqla 8 gəmi və 2 helikopter cəlb edilib.

İndoneziya sahillərində göyərtəsində ən azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin axtarış-xilasetmə xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmi Surabaya şəhərindən Banjarmasin şəhərinə doğru hərəkət edirmiş.

Bərədən ən azı 103 sərnişin təxliyə edilib. Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Oxşar xəbərlər

İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər