Litva quş sürüsünü PUA zənn edib və NATO qırıcısını havaya qaldırıb
Far.Az xəbər saytı

Litva quş sürüsünü PUA zənn edib və NATO qırıcısını havaya qaldırıb


Litva quş sürüsünü pilotsuz uçuş aparatları (PUA) zənn edərək NATO qırıcısını havaya qaldırıb və Vilnüs hava limanının işini 40 dəqiqəlik dayandırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Litvanın Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəzindən bildirilib.

"Radarlarda quşlar və dronlar, ilk baxışda, eyni izləri buraxır", - mərkəzdən vurğulanıb.

Qırıcı hava məkanında vizual identifikasiya apardıqdan sonra təhlükə xəbərdarlığı ləğv edilib.

Oxşar xəbərlər

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər