İsmayıl Serageldin: İqlim dəyişikliyinin təsirlərini nəzərə almamaq düzgün deyil
Far.Az xəbər saytı

İsmayıl Serageldin: İqlim dəyişikliyinin təsirlərini nəzərə almamaq düzgün deyil


İqlim dəyişikliyinin təsirlərini nəzərə almamaq düzgün deyil.

"Far.Az" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində "İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, dünya əhalisinin 50%-dən çoxu şəhərlərdə yaşayır və sürətlə böyüyən şəhər mərkəzləri iqtisadi fəallığın böyük hissəsinin cəmləşdiyi, bir çox başqa mənfi amillərin baş verdiyi məkanlardır:

"Bu səbəbdən, həmin şəhərlərlə bağlı tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Şəhər mərkəzləri yalnız innovasiya, iqtisadi fəallıq və inkişaf ocaqları deyil, həm də "istilik adaları"na çevrilməyə meyillidirlər. Qlobal iqlim dəyişikliyi məsələsinə nəzər salsaq, sıx tikinti, betonlaşma, istilik əks olunmaları, maşınlar və orada olan digər amillər səbəbindən şəhərlər "istilik adaları" rolu oynayır".

İ.Serageldin əlavə edib ki, qeyd olunan problemin həlli adaptasiya və vətəndaşların bu işə cəlb edilməsilə tapıla bilər: "Ümumiyyətlə, dünya COP31-ə doğru addım atdıqca, iqlim dəyişikliyi ilə bağlı yaşanan fəsadlardan nəticə çıxarmaq lazımdır".

Oxşar xəbərlər

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP30-da fəal iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər