Aleksandar Vuçiç: İlham Əliyevin səfəri zamanı Strateji Tərəfdaşlıq Şurasının ilk iclası münasibətlərdə yeni səhifə açıb
Far.Az xəbər saytı

Aleksandar Vuçiç: İlham Əliyevin səfəri zamanı Strateji Tərəfdaşlıq Şurasının ilk iclası münasibətlərdə yeni səhifə açıb


Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın gələn il Belqradda keçiriləcək "EXPO 2027" beynəlxalq sərgisində iştirak etmə ilə bağlı planlarına görə təşəkkür edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin etimadnaməsini qəbul etməsi ilə əlaqədar paylaşımında deyilir.

Serbiya Prezidenti səfirin mandatı dövründə də iki ölkə arasındakı strateji və ənənəvi dostluq münasibətlərinin dinamik inkişafının davam edəcəyinə inamını bildirib. A. Vuçiç vurğulayıb ki, tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi qarşılıqlı etimadın əsas təməllərindən birini təşkil edir.

Dövlət başçısı qeyd edib ki, intensiv siyasi dialoq və bütün səviyyələrdə rəsmilərin mütəmadi görüşləri Serbiya ilə Azərbaycan arasındakı yaxın əlaqələrin bariz göstəricisidir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belqrada son səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını diqqətə çatdırıb.

Görüşün sonunda Serbiya Prezidenti həmkarı İlham Əliyevə ən xoş arzularını çatdırıb: "Hörmətli həmsöhbətimdən xahiş etdim ki, müdrik liderliyi və ölkəmizə səmimi rəğbəti iki dövlət arasındakı ümumi əlaqələrin dayaqlarından biri olan əziz dostum, Prezident İlham Əliyevə ən səmimi salamlarımı yetirəsiniz".

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər