Faiq Quliyev Azərbaycana səfər etmiş gürcü jurnalist və blogerlərlə görüşüb
Far.Az xəbər saytı

Faiq Quliyev Azərbaycana səfər etmiş gürcü jurnalist və blogerlərlə görüşüb


Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycana təşkil olunmuş infoturda iştirak etmiş gürcü jurnalist və blogerlərlə görüşüb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan xalqları arasında tarixən formalaşmış dostluq və mehriban qonşuluq münasibətləri, iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti müzakirə olunub.

Səfir jurnalist və blogerlərin iki ölkə ictimaiyyətinin qarşılıqlı məlumatlandırılmasına, dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni xüsusi qeyd edib.

İnfotur iştirakçıları Bakı və Gəncə şəhərlərinə, eləcə də Qarabağın Şuşa, Ağdam və Xankəndi şəhərlərinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar səfər zamanı tanış olduqları sosial-iqtisadi və humanitar layihələr, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə fikirlərini ifadə ediblər.

Görüşdə bu cür infoturların və qarşılıqlı təmasların Azərbaycan-Gürcüstan dostluğunun möhkəmləndirilməsi və iki ölkə xalqlarının bir-biri haqqında məlumatlılığının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər