Adil Vəliyev: 12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur
12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugün iclasında deyib.
Onun sözlərinə görə, bakalavr təhsilinin üç ilə endirilməsi "Ali təhsil haqqında" yeni qanunvericilikdə indiki reallıqda mümkün deyil:
"Çünki burada məsələni kompleks həll etməliyik. "Təhsil haqqında qanun"da və "Ümumi təhsil haqqında qanun"da ibtidai təhsilin müddəti 1 və 4-cü, ümumi orta təhsil 5 və 9-cu, tam orta təhsil müddəti isə 10 və 11-ci sinifləri əhatə edir. Ümumilikdə 11 illik sistemdir".
A.Vəliyev bildirib ki, bu, əslində, ölkənin hüdudlarından kənarda top universitetlərdə təhsil almaq istəyən şagirdlər üçün də müəyyən mənada çətinlik yaradır:
"Çünki həmin universitetlər bizim şagirdlərdən 12 illik təhsil sistemini alır. Nəticədə bəzi şagirdlərimiz Azərbaycanda fəaliyyət göstərən digər özəl təhsil komplekslərində həmin müddəti kompensasiya etməyə məcbur qalırlar. Ona görə də 12 illik təhsilə keçməklə növbəti mərhələdə avtomatik olaraq üçillik bakalavr sistemini çox rahat şəkildə tətbiq etməyin mümkün olduğunu düşünürəm. Ancaq hazırkı vəziyyətdə 11 il tam orta təhsil, üstəgəl 3 il bakalavr o qədər də məqsədəuyğun sayılmayacaq".
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













