"The Time": Körfəz ölkələri artıq ABŞ-nin "təhlükəsizlik çətiri"ni etibarlı saymır
ABŞ-İran müharibəsinin başlamasından sonra Fars körfəzi ölkələri Amerikanın "təhlükəsizlik çətiri"nin artıq etibarlı olmadığı qənaətinə gəliblər.
"Report"un xəbərinə görə, bu barədə "Time" jurnalı regional rəsmilərə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, Yaxın Şərqdəki müharibə Körfəz dövlətlərini ABŞ-yə qarşı fikirlərini dəyişməyə məcbur edib. Onlar indi başa düşürlər ki, ərəb ölkələrinin etirazlarına baxmayaraq, Vaşinqton İsraillə birlikdə regional müharibəyə başlamağa hazırdır, lakin nəticələri idarə etməkdə ya bacarmır, ya da istəmir.
Nəşr qeyd edib ki, Körfəz ölkələri uzun müddətdir, ABŞ-nin İranla bağlı ardıcıl strategiyasına etibar etmirlər. Vaşinqtonun müharibədəki məqsədləri həftəlik dəyişir. Hörmüz boğazı bağlansa belə, münaqişədən çıxmağa tələsən Donald Tramp administrasiyası Körfəz ölkələrini xəbərdarlıq, məsləhətləşmə və ya qoruma olmadan müharibəyə sürükləndiklərini hiss etdirib.
ABŞ-ın şübhələri arasında əksər Körfəz dövlətləri İranla qarşıdurma əvəzinə, təcrid və gərginliyin azaldılması strategiyasına qayıdıblar. Məsələn, Qətər və Oman Vaşinqtonu Tehranla memorandum imzalamağa sövq ediB, Səudiyyə Ərəbistanı Pakistanın vasitəçilik səylərini dəstəkləyib, BƏƏ, Küveyt və Bəhreyn də sülh təşəbbüslərinə qoşulub.
Məqalədə qeyd olunur ki, Amerikanın dominantlığının azaldığı bir bölgədə necə hərəkət etmək barədə fikir birliyi yoxdur, lakin ərəb ölkələri yeni təhlükəsizlik arxitekturasının qurulmasını gözləyirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA













