Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır


Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı tərəfdaşıdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "NewsMax"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhə nail olmaq istiqamətindəki səyləri Cənubi Qafqazın strateji landşaftını dəyişib və Azərbaycanla ABŞ arasındakı münasibətlərdə yeni dövr açıb.

"Prezident Donald Tramp və Prezident İlham Əliyev Birləşmiş Ştatlar və Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni dövr təklif ediblər və ölkələr arasında strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəliblər", - H.Hacıyev bildirib.

XƏBƏR YENİLƏNİR

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər