"Liverpul", "Bavariya" və "Real" Avstriya millisinin futbolçusu Paul Vanneri transfer etmək istəyir
İngiltərənin "Liverpul", Almaniyanın "Bavariya" və İspaniyanın "Real" klubları Niderland təmsilçisi PSV-nin və Avstriya millisinin yarımmüdafiəçisi Paul Vanneri transfer etmək niyyətindədir.
"Report" "Teamtalk" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı avstriyalı futbolçunun keçidi qış "transfer pəncərəsi"ndə gerçəkləşə bilər.
Vanner karyerasına "Bavariya"da başlayıb və icarə əsasında "Elfersberq" ilə "Haydenhaym"da çıxış etdiyi dövrlər nəzərə alınmamaqla, Münhen təmsilçisinin heyətində bütün turnirlərdə cəmi 8 matçda meydana çıxıb. Bununla belə, Almaniya nəhənginin futbolçunu geri almaq hüququ qalır. PSV isə onun satışından 50-55 milyon avro əldə etmək niyyətindədir.
Yarımmüdafiəçi 2025-ci ilin yayında daimi əsasda PSV-yə qoşulub və ötən bir il ərzində komandanın əsas heyət oyunçularından birinə çevrilərək Niderland çempionluğunu qazanıb. O, 2025/2026 mövsümündə keçirdiyi 32 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Paul Vannerin PSV ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı Avstriya millisinin üzvünün dəyərini 22 milyon avro qiymətləndir
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA













