Münhen və Barselona UEFA Çempionlar Liqasının final matçlarına ev sahibliyi edəcək
Far.Az xəbər saytı

Münhen və Barselona UEFA Çempionlar Liqasının final matçlarına ev sahibliyi edəcək


UEFA İcraiyyə Komitəsi avrokubokların növbəti mövsümlərdəki final matçlarına ev sahibliyi edəcək stadionları müəyyənləşdirib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq qərarlar qurumun Yunanıstanın Saloniki şəhərində təşkil olunan iclasında qəbul olunub.

Qərara əsasən, UEFA Çempionlar Liqasının 2028-ci il finalı Almaniyanın Münhen şəhərindəki "Münhen Arena"da, 2029-cu il finalı isə İspaniyanın Barselona şəhərindəki "Kamp Nou" stadionunda keçiriləcək.

Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il həlledici matçına Fransanın Lion-Desin şəhərindəki "Park Olimpik Lionne", 2029-cu il finalına isə Uelsin Kardiff şəhərindəki "Milli Stadion" ev sahibliyi edəcək.

UEFA Avropa Liqasının 2028-ci il final qarşılaşması Rumıniyanın Buxarest şəhərindəki "Milli Arena"da, 2029-cu il finalı isə Serbiyanın Belqrad şəhərindəki "Milli Stadion"da təşkil olunacaq.

UEFA Konfrans Liqasında 2028-ci ilin qalibi İtaliyanın Turin şəhərindəki "Yuventus Stadionu"nda, 2029-cu ilin çempionu isə Macarıstanın Budapeşt şəhərindəki "Puşkaş Arena"da bəlli olacaq.

UEFA Superkuboku uğrunda matç 2027-ci ildə Niderlandın Amsterdam şəhərindəki "Yohan Kroyf Arena"da, 2028-ci ildə isə Qazaxıstanın Astana şəhərindəki "Astana Arena"da keçiriləcək.

Futzal üzrə Çempionlar Liqasının 2027-ci il final mərhələsi İsveçrənin "Biel/Bienne Arena" idman kompleksində baş tutacaq.

İcraiyyə Komitəsi həmçinin 2026/2027 mövsümü UEFA Millətlər Liqasının pley-off sistemində dəyişiklikləri təsdiqləyib. Bu addım 2028/2029 mövsümündən etibarən turnirin dörd əvəzinə üç liqadan ibarət olmasını nəzərdə tutan yeni konseptə səlis keçidi təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 7-də Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib, bir sıra qərarlar qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər