Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Far.Az xəbər saytı

Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq


Livan və İsrail nümayəndə heyətləri sentyabrın 15-16-da Romada görüşərək münaqişənin sülh yolu ilə həllinə yönəlmiş danışıqların səkkizinci raundunu keçirəcəklər.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Jazeera" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüş zamanı Livanın cənub bölgələrində yeni "pilot zonaların" yaradılması məsələsi müzakirə olunacaq. Bu ərazilərin Livan Silahlı Qüvvələrinin nəzarətində olması nəzərdə tutulur.

Danışıqların əvvəlki raundu avqustun 4-dən 6-dək keçirilib. Görüşlər Livanın cənubunda "Hizbullah" hərəkatının təşkil etdiyi silahlı təxribat səbəbindən yarımçıq dayandırılıb.

İsrail tərəfi sentyabrın 4-də xoşməramlı addım ataraq beş nəfəri həbsdən azad edib. Bu addım iki ölkə arasında dialoqun bərpası üçün şərait yaradıb.

Livanın Baş naziri Nəvvaf Salam bildirib ki, hökumət danışıqlar prosesini davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, məqsəd "İsrail silahlı qüvvələrinin Livanın bütün ərazisindən tamamilə çıxarılmasını və sakinlərin ölkənin cənub bölgələrinə təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər