Fərid Şəfiyev: "Çin–Mərkəzi Asiya marşrutunun Xəzər üzərindən uzadılmasını istəyirik"
Far.Az xəbər saytı

Fərid Şəfiyev: "Çin–Mərkəzi Asiya marşrutunun Xəzər üzərindən uzadılmasını istəyirik"


Azərbaycan yeni Çin–Mərkəzi Asiya marşrutunun Xəzər dənizi üzərindən uzadılmasını istəyir.

"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.

"Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən ənənəvi Orta Dəhliz var. Lakin indi qarşımızda iki mühüm inkişaf yolu var. Bunlardan biri TRACECA və yaxud Zəngəzur dəhlizidir. Bu dəhliz tikilib istifadəyə verildikdə Orta Dəhlizin əlavə bir qolu olacaq. Bu, yalnız nəqliyyat baxımından deyil, həm də Ermənistan və Azərbaycan arasında normallaşma prosesi baxımından vacibdir. Mərkəzi Asiyada baş verən digər mühüm inkişaf isə Çin, Qırğızıstan və Özbəkistan arasında inkişaf edən yeni marşrutdur. Biz bu yeni qolun Türkmənistandan, Xəzər dənizindən keçərək Azərbaycana qədər uzadılmasını görmək istərdik. Çünki bu marşrutun İran üzərindən və digər istiqamətlərdən keçirilməsi ilə bağlı bəzi müzakirələr var. Lakin düşünürəm ki, geosiyasi vəziyyət qeyri-sabit olaraq qalır. Ona görə də siyasi və iqtisadi baxımdan ən sabit marşrut Xəzər dənizindən keçən yol olacaq. Beləliklə, Azərbaycanın düşündüyü budur, biz bu yeni qolun Türkmənistan və Azərbaycan üzərindən genişləndirilməsini müdafiə etmək istərdik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər