Nazim İmanov: "Türk dövlətləri arasında inteqrasiyanın əsas istiqaməti ortaq sərmayələr olmalıdır"
Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvəsi qarşılıqlı ticarətin genişləndirilməsi deyil, ortaq sərmayələrin artırılması, birgə müəssisələrin yaradılması və investisiya əlaqələrinin dərinləşdirilməsi olmalıdır.
"Far.Az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələr birlikdə nəzərdən keçirildikdə, artıq müəyyən iqtisadi güc formalaşdırır: "Dünyaya təsir göstərə biləcək bir iqtisadi gücük demək hələ ki mümkün deyil. Amma dünya miqyasında bu ölkələri bir yerdə götürdükdə, mənim düşüncəmə görə, biz bir iqtisadi gücük.
Biz adətən Türk dövlətləri arasında inteqrasiyadan danışırıq. Amma bu bir prosesdir. Daim dəyişən, daim yenilənən bir prosesdir və mən ümidvaram ki, biz bu hədəfə doğru gedəcəyik. Adətən dövlətlərin inteqrasiyası haqqında danışarkən ağla gələn birinci mövzu onların arasındakı ticarət dövriyyəsidir.
2026-cı ildə Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında ticarətin həcmi 7 % artıb, halbuki 3-4 il bundan əvvəl bu artım 3 % idi. Artım tempi sürətlidir. Bununla belə, göstərici hələ də olduqca aşağıdır.
Ticarət dövriyyəsinin az olmasının səbəbi nədir? Səbəb odur ki, iqtisadiyyatlarımızın bir-birini tamamlamasında müəyyən problemlər mövcuddur.
Ticarət tamamlaması (Trade Complementarity Index) adlı bir göstərici var. Bu göstəriciyə əsasən, ilk baxışdan iqtisadiyyatlarımız bir-birini kifayət qədər yaxşı tamamlayır. 2024-cü il məlumatlarına görə aparılan hesablamada Azərbaycanın digər ölkələrlə iqtisadi tamamlama dərəcəsi belədir: Türkiyə ilə 56,8 %, Özbəkistanla 35 %, Qırğızıstanla 27 %, Qazaxıstanla 19-20 %, Türkmənistanla 16 %. Bu göstərici 0-dan 100-ə qədər dəyişir. 100-ə nə qədər yaxındırsa, qarşılıqlı tamamlama bir o qədər güclüdür. Orta göstərici təxminən 30 % civarındadır.
Buradan belə nəticə çıxır ki, iqtisadiyyatlarımız bir-birinə ehtiyac duyur. İqtisadiyyatlarımız bir-birini əhəmiyyətli ölçüdə tamamlayır. Lakin bu, yalnız ilkin təəssüratdır.
Çünki buna "structural TCI", yəni struktur ticarət tamamlama indeksi deyilir və burada iqtisadiyyatın strukturuna nəzər salınır. Məsələn, Azərbaycanda müəyyən məhsullar ixrac olunur, Türkiyədə isə hansı məhsullar idxal edilir. Bunların hansıları üst-üstə düşürsə, deməli, Azərbaycan həmin məhsulları Türkiyəyə sata bilər.
Ancaq əgər bu göstəricini imkana bağlı tamamlama indeksinə çevirsəniz, o zaman məlum olacaq ki, nəticələr xeyli aşağıdır. Çünki bu ölkələrin, məsələn, Azərbaycanla həmin dövlətlərin ala biləcəyi məhsullar eyni çeşiddən ibarətdir və Azərbaycanın idxal edəcəyi məhsullar da təxminən oxşar xarakter daşıyır. Bu səbəbdən imkanlara uyğunlaşdırılmış (capacity-adjusted) ticarət göstəricisi əhəmiyyətli dərəcədə aşağı düşür.
Ümumiyyətlə, ticarət inteqrasiyası olduqca vacib olsa da, bizim halda imkanlara bağlı tamamlama səviyyəsi o qədər yüksək olmadığına görə, hesab edirəm ki, inteqrasiyanın magistral xətti qarşılıqlı ticarət deyil".
O qeyd edib ki, Türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əsas diqqət investisiya əməkdaşlığına yönəldilməlidir: "Mənə görə, bizim inteqrasiyamızın magistral xətti ortaq sərmayələrdir.
Ortaq sərmayələr üçün artıq müəyyən mexanizmlər formalaşıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində 5 fond fəaliyyət göstərir. Onlardan biri Türk dövlətlərinin ümumi, 5 ölkənin iştirakı ilə təsis edilmiş fonddur. Bundan əlavə, 3 fondu Azərbaycan yaradıb. Azərbaycanın təsis etdiyi fondlar Qazaxıstanla, Özbəkistanla və Qırğızıstanla birgə fəaliyyət göstərir.
Bunlardan birincisi yarı-yarı, 50/50 nisbətindədir. Qırğızıstanla olan fondu isə tam Azərbaycan maliyyələşdirib, amma bərabər idarə olunur. Özbəkistan və Qırğızıstanla ikitərəfli investisiya fondları uğurlu fəaliyyət göstərir. Bu fondların ümumi sərmayə payı o qədər böyük olmasa da, əlavə kapital cəlb etmə potensialları var.
İmkana bağlı qarşılıqlı iqtisadi tamamlamamız o qədər yüksək olmadığı üçün bizim seçməli olduğumuz yol birgə müəssisələr qurmaq, ortaq sərmayə yatırmaq yoludur. Bu fondların həmin istiqamətdə çox mühüm rolu ola bilər. Bu səbəblaən o fondların maliyyə və təşkilati imkanları genişləndirilməlidir.
Beləliklə, Türk Dövlətləri Təşkilatı arasında inteqrasiyanı gücləndirməyin ana yolu qarşılıqlı ticarəti genişləndirmək yollarını axtarmaqdan daha çox qarşılıqlı birgə sərmayələr və birgə müəssisələr qurmaqdır", - N. İmanov bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY













