İnsan həyatı üçün təhlükə saçan mallar dövriyyədən çıxarılacaq - Yeni qaydalar
Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükəli olduğu müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Texniki tənzimləmə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Bununla bağlı qanunvericiliyə yeni maddə əlavənin edilməsi təklif olunur.
Layihədə qeyd olunur ki, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçirilir.
Dəyişiklik insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallar barəsində görüləcək tədbirlərin hüquqi əsasını müəyyən edir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Sadalanan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçiriləcək.
Dəyişiklik təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib.
Layihə təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyən olunmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib
-
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır













