ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Vaşinqton administrasiyası nikel istehsalı və ada ölkəsinin hərbi-sənaye kompleksi ilə əlaqəli 11 kubalı şəxsə və təşkilata sanksiyalar tətbiq edib.
"Report"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Kommunist Kuba ABŞ-nin milli təhlükəsizliyinə davamlı təhdid yaradır. Sadə kubalılar elektrik kəsintilərinə, qida çatışmazlığına və vəhşiliyə dözərkən, ölkənin elitası adanın resurslarını mənimsəməyə davam edir. Birləşmiş Ştatları bu sistemi dəstəkləyənlərə sanksiyalar tətbiqinə davam edəcək.
Bu gün Kuba hökumətinin adanın nikel sərvətlərini istismarına və hərbi imkanlarının inkişafını dəstəklədiyinə görə daha 11 təşkilat və şəxsə sanksiyalar tətbiq edirəm", - o yazıb.
Dövlət Departamentinin saytında yerləşdirilmiş sənədə görə, sanksiyalar nikel ehtiyatları ilə əlaqəli dörd dövlət müəssisəsini, silah sistemləri sahəsində tədqiqat və inkişafla məşğul olan dörd hərbi müəssisəni və üç hərbi məmuru hədəf alıb.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub













