Merts və Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb, tərəflər Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
"Far.Az"un məlumatına görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə bildirib.
"Həmsöhbətlər ötən həftə 25-ci ildönümü olan 11 sentyabr 2001-ci il terror hücumlarını xatırlayıblar. Kansler almanlar və amerikalılar arasında xüsusi əlaqəni vurğulayıb", - Kornelius deyib.
O, həmçinin Merts və Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün sonrakı addımlar barədə fikir mübadiləsi apardıqlarını qeyd edib.
"Kansler Merts Konqresin Rusiyaya qarşı sanksiyalarla bağlı Lindsi Qrem qanunun qəbul etməsini yüksək qiymətləndirib", - Kornelius bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə mövzusu olub.
"Hər iki su yolunun təcili açılması barədə razılıq əldə edilib", - Almaniya Nazirlər Kabinetinin nümayəndəsi sonda bildirib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
-
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
-
Nizami rayonunda kanalizasiya problemi













