FT: London Aİ-ni Britaniyanı "Avropada istehsal olunub" proqramına daxil etməyə çağıracaq
Böyük Britaniyanın maliyyə naziri Con Hili Avropa İttifaqını (Aİ) müdafiə, rəqəmsal və sənaye sektorlarında hökumət müqavilələri bağlanarkən Aİ-yə üzv ölkələrin məhsullarına üstünlük verən "Avropada istehsal olunub" proqramına Böyük Britaniyanı da daxil etməyə çağıracaq.
"Far.Az" "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Hili bu çağırışı 18 sentyabrda Dublində açılacaq Aİ-nin İqtisadi və Maliyyə Məsələləri Şurasının qeyri-rəsmi iclasında edəcək.
Britaniya hökumətindəki mənbələr nəşrə bildiriblər ki, nazir Londonun bundan faydalanacağı təqdirdə Brüssellə münasibətləri yenidən qurmaq üçün danışıqlar aparmağa hazırdır.
"Mənim fikrimcə, Aİ ilə daha sıx əlaqələr o deməkdir ki, Britaniya şirkətlərinin, Böyük Britaniyanın harasında yerləşməsindən asılı olmayaraq, həm ehtiyac duyduqları təchizat zəncirlərinə, həm də müştərilərə daha çox çıxışı var ki, bu da onların böyüməsinə imkan verəcək", - Hili bildirib.
Məqalədə bildirilir ki, britaniyalı nazir Dublin görüşündə "Avropanın birliyini gücləndirməyə" və Britaniyanın Aİ-nin Avropa üçün Təhlükəsizlik Fəaliyyəti ("Security Action for Europe") (SAFE) müdafiə fonduna çıxışı ilə bağlı danışıqların uğursuz olduğu 2025-ci il vəziyyətindən yayınmağa çağıracaq.
Həmin vaxt rəsmi London və Brüssel Britaniyanın üzvlüyünün həcmi barədə razılığa gələ bilməyiblər. Britaniya mediasının məlumatına görə, Aİ əvvəlcə 6,7 milyard avro tələb edib, sonra məbləği 2 milyard avroya endirib, lakin yenə də Londonun ödəməyə hazır olduğu məbləğdən on dəfələrlə çox olub.
Lakin, adı açıqlanmayan Avropa rəsmisinin qəzetə verdiyi məlumata görə, Britaniyanın "Avropada istehsal olunub" proqramına qoşulması ilə bağlı danışıqlar asan olmayacaq.
"Böyük Britaniyanın tələbləri əksər Aİ üzv dövlətləri tərəfindən başa düşülə bilər. Lakin onlar iki ciddi maneə ilə üzləşirlər: Fransa və Avropa Parlamenti. Nə onlar, nə də başqaları seçicilərinə Aİ-də istehsal edilə bilən avtomobilin sonda Böyük Britaniyada niyə istehsal olunduğunu asanlıqla izah edə biləcək", - mənbə qəzetə bildirib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub













