Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb
Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib.
"Azərbaycan Kubokunun finalı Gəncədə baş tutacaq. Biz Premyer Liqa oyunları bu arenada keçirilməmişdən əvvəl təftiş və sınaq xarakterli oyun keçirmişdik. Bundan əlavə, stadionun bütün otaqları, infrastruktur obyektlərinə baxış olub. Sevindirici haldır ki, Gəncə kimi tarixi şəhərimizdə belə stadion var. Hiss olunur ki, son bir ayda bu şəhərdə futbol bayramı yaşanır. Çempionat matçlarına çox sayda azarkeş gəlir. Peşəkar Futbol Liqası finalın bu arenada təşkil olunması təklifi ilə çıxış etdi. AFFA prezidenti Rövşən Nəcəfin qərarı, gənclər və idman naziri Fərid Qayıbovun dəstəyi ilə Azərbaycan Kubokunun finalını bu möhtəşəm arenada keçirəcəyik. Bu, futbolsevərlər üçün bayram olacaq", - o bildirib.
PFL rəsmisi başqa variantlar olduğunu da vurğulayıb:
"Son illərdə bir neçə stadion Azərbaycan Kubokunun finalına ev sahibliyi edib. Bütün stadionlar bizim üçün potensial namizəd idi. Amma Gəncədəki stadionunun xüsusi özəlliyi var. Tarixi məkandır, həm də yenidənqurmadan sonra belə nüfuzlu matçın burada baş tutması maraqlı olacaq".
Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.
Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.
Oxşar xəbərlər
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
PFL ləğv edilir? - Elxan Səmədov AÇIQLADI
Goranboyda XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
-
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb













