DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi
Far.Az xəbər saytı

DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi


Koroğlu parkı ətrafında aparılan təmir işləri ilə əlaqədar 5 avtobus xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Far.Az xəbər verir ki, təmir işləri ilə əlaqədar 3, 17, 20, 33 və 88 nömrəli avtobus marşrutlarının hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.

Belə ki, qeyd olunan marşrutlar Ənvər Qasımzadə küçəsindən sola dönərək Mirəli Qaşqay küçəsi ilə hərəkət edir, daha sonra əvvəlki hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.

Bundan başqa, 20 nömrəli avtobus marşrutu üzrə Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında yol təmiri işləri aparılır.

Bu səbəbdən 20 nömrəli xətt üzrə avtobuslar Surxay Nəcəfov küçəsi ilə hərəkət edirlər.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər