Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər"
Far.Az xəbər saytı

Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər"


Saray qəsəbəsində yerləşən Bəxtiyar Vahabzadə küçəsinin sakinləri ərazidə yolların yararsız vəziyyətdə olmasından narazıdırlar.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilər küçədə kanalizasiya xəttinin olmamasının xüsusilə yağışlı havalarda vəziyyəti daha da çətinləşdirdiyini deyirlər.

Sakin Ayəniz Kərimova bildirib ki, yolun vəziyyəti uşaqların məktəbə gedib-gəlməsində də ciddi çətinlik yaradır:

"Burada kanalizasiya xətti yoxdur. Yağış yağanda su dizə qədər qalxır. Üç nəvəm məktəbə gedir, əziyyət çəkirlər. Yola çıxanda bizə gülürlər ki, hansı kənddən gəlmisiniz?!"

Şikayətçilərin sözlərinə görə, yolun vəziyyəti nəqliyyatın hərəkətinə də maneə yaradır. Onlar bildirirlər ki, taksi sürücüləri yaranmış vəziyyətə görə ünvana gəlməkdən imtina edir, avtomobillər isə tez-tez yolda qalır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bakıda 7 küçədə üzərində evlər tikilən su-kanalizasiya xətlərinin yeri dəyişdirilir
Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər