Rusiya Dövlət Dumasına seçkilərdə səslərin 52 faizi hesablanıb - YENİLƏNİB
Rusiyada səslərin 52,27%-i emal edildikdən sonra "Vahid Rusiya" partiyası Dövlət Duması seçkilərində səslərin 57,84%-ni toplayıb və təkmandatlı seçki dairələrində 201 yerə ümid edə bilər və beləliklə, parlamentin aşağı palatasında konstitusiya çoxluğunu qoruyub saxlaya bilər.
"Far.Az" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, hazırda "Vahid Rusiya" təxminən 331 mandat əldə etməyə iddialıdır. Konstitusiya çoxluğuna sahib olmaq üçün Dövlət Dumasında 450 mandatın ən azı üçdə ikisinə, yəni 300 yerə sahib olmaq lazımdır.
Federal dairə üzrə ikinci yerdə 13,74% səslə Kommunist Partiyası (KP) qərarlaşıb. Daha sonra 8,73% səslə Liberal Demokrat Partiyası (LDPR), 7,88% səslə "Yeni insanlar" və 5,13% səslə "Ədalətli Rusiya" gəlir.
"Vahid Rusiya"nın namizədləri 225 birmandatlı dairədən 201-də liderlik edir. KP və "Ədalətli Rusiya"nın namizədləri hər biri 4 dairədə, öz namizədliyini irəli sürən müstəqil namizədlər 4 dairədə, LDPR 2 dairədə, "Rodina" isə 1 dairədə ilk pillədədir.
"Vahid Rusiya" və digər partiyaların əldə edəcəyi deputat mandatlarının dəqiq sayı səslərin hesablanması başa çatdıqdan sonra məlum olacaq.
Hakim "Vahid Rusiya" partiyası Rusiya Dövlət Dumasına seçkilər çərçivəsində ilk protokolların işlənməsindən sonra partiya siyahısı üzrə səslərin 57,54%-ni toplayır.
"Far.Az"un məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası xəbər yayıb.
Seçki komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, hazırda protokolların 13,88%-i işlənib.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) seçki məntəqələrindən çıxışda keçirdiyi sorğuların nəticələrinə görə, Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya" (VR) liderlik edir – respondentlərin 49,4%-i onun namizədlərinin siyahısına səs verib. Sonrakı yerlərdə Rusiya Federasiyası Kommunist Partiyasının (14,2%), Liberal Demokrat Partiyasının (10,7%), "Yeni İnsanlar" partiyasının (9,7%) və "Ədalətli Rusiya" partiyasının (6,6%) siyahıları qərarlaşıb.
VTSİOM-un exit-poll məlumatlarına görə, digər partiyalar 5%-lik seçki baryerini keçə bilmir.
Üç günlük səsvermənin başa çatmasına beş dəqiqə qalmış, Moskva vaxtı ilə saat 20:55-də (Bakı vaxtı ilə 21:55) seçici fəallığı 56,66% təşkil edib.
Bu göstərici 1993, 2003, 2016 və 2021-ci illərdə keçirilmiş dörd parlament seçkilərindəki seçici fəallığından yüksəkdir. Yekun seçici fəallığı göstəricisi daha sonra açıqlanacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
-
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır













