Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib
Far.Az xəbər saytı

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib


İran hökuməti ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətin İslam ölkələrini yaxınlaşdırdığına inanır.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri Möhsün Rza Nəqvi ilə görüşdə bildirib.

"İnanırıq ki, Amerikanın addımları və təzyiqləri İslam ölkələri arasında yaxınlaşmanın, davamlı qarşılıqlı əlaqələrin artmasına zəmin yaradıb və İran ilə Pakistan nümayəndə heyətləri arasındakı çoxsaylı görüşlər, məsləhətləşmələr bu prosesin aydın nümunəsi hesab olunur", - Pezeşkian vurğulayıb.

Onun sözlərinə görə, İran və Pakistan regionun qüdrətli ölkələrindəndir və böyük insan potensialına, zəngin resurslara malikdir: "Əgər bu potensialları bir araya gətirsək, əl-ələ versək, daxili və regional imkanlara arxalanaraq bir çox ehtiyaclarımızı təmin edə bilərik".

Pakistanın daxili işlər naziri iki ölkə arasındakı əlaqələri və əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirmək əzmində olduqlarını qabardıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər