Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir".
Far.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.
Onun sözlərinə görə, sinklə zəngin qidalar sırasında balıq, noxud, qarabaşaq, mərcimək, qoz və fındıq yer alır:
"C vitamini ilə zəngin portağal, kivi, pomidor, bibər və digər meyvə-tərəvəzlərin uşaqların qida rasionunda üstünlük təşkil etməsi tövsiyə olunur. Bağırsaq mikroflorasını dəstəkləmək üçün kefir, qatıq və digər fermentləşdirilmiş süd məhsullarından istifadə etmək faydalıdır. Omeqa-3 yağ turşuları ilə zəngin balıq növlərinə somon, skumbriya və siyənək aiddir. Bu məhsullar uşağın sağlam inkişafı üçün faydalı qida mənbələridir. Bundan əlavə, uşağın gün ərzində kifayət qədər su qəbul etməsi, meyvə-tərəvəz və digər faydalı qidaların balanslı şəkildə rasiona daxil edilməsi vacibdir".
G.Salehova bildirib ki, immuniteti dəstəkləməyin ən əsas yolu balanslaşdırılmış və sağlam qidalanmadır:
"Meyvə, tərəvəz, zülal və sağlam yağlar da daxil olmaqla, vitamin və minerallarla zəngin qidalar, eləcə də təmiz havada fiziki aktivlik immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bundan əlavə, müntəzəm yuxu uşaqların orqanizminə istirahət verir və immun sistemini dəstəkləyir. Stresin idarə edilməsi, sevgi dolu mühit və təmiz yaşayış sahəsi də immun sisteminin sağlam fəaliyyətinə kömək edir".
Pediatr qeyd edib ki, xəstə uşağın məktəbə və ya bağçaya qayıtması xəstəliyin növündən və uşağın ümumi vəziyyətindən asılıdır:
"Uşağın hərarəti varsa, ümumi vəziyyəti yaxşı deyilsə, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək, qusma və ya ishal kimi əlamətləri davam edirsə, onu məktəbə və ya bağçaya göndərmək düzgün deyil. Uşaq ən azı 24 saat ərzində hərarətsiz olduqda, hərarətsalıcı dərman qəbul etmədən özünü yaxşı hiss etdikdə və gündəlik fəaliyyətlərdə iştirak edə bildikdə kollektivə qayıda bilər. Bəzi infeksion xəstəliklər zamanı isə məktəbə və ya bağçaya qayıtmaq üçün daha uzun müddət tələb oluna bilər. Bu halda həkimin tövsiyəsi nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













