"Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə məlumat verilib
Far.Az xəbər saytı

"Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə məlumat verilib


Macarıstanın "Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti ətrafında fikir mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova tələbələr qarşısında mühazirə ilə çıxış edib.

"20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə səfir Esmira Cəfərova "Eötvös Loránd" Universitetində (ELTE) tələbələr qarşısında mühazirə ilə çıxış edib", - Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunub.

Mühazirə zamanı Azərbaycanın xarici siyasəti, müstəqillik dövründə üzləşdiyi çağırışlar, eləcə də müasir orta güc kimi artan imkanları və öhdəlikləri barədə fikir mübadiləsi aparılıb:

"Ziyarət çərçivəsində, həmçinin ELTE-nin beynəlxalq əlaqələr üzrə prorektoru professor Qabor Zemplen ilə görüş keçirilib, Azərbaycan universitetləri ilə əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub".

Xatırladaq ki, Azərbaycanın Macarıstandakı yeni səfiri E. Cəfərova sentyabrın 17-də etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər