UKEF: Azərbaycanla strateji layihələr üzrə əməkdaşlığı genişləndirmək istəyirik
UKEF Azərbaycanla strateji layihələr üzrə əməkdaşlığı genişləndirmək istəyir.
"Far.Az" xəbər verir ki, bunu Böyük Britaniyanın ixrac krediti agentliyi - "UK Export Finance"ın (UKEF) Avropa və Amerika regionları üzrə biznesin inkişafı və layihələrin cəlb edilməsi üzrə mütəxəssisi Natalia Sergeeva Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"Silk Way West Airlines" ilə bağlı ilk əməkdaşlığımız Böyük Britaniya məhsullarının, imkanlarının və maliyyələşdirməsinin yerli ehtiyacları dəstəkləmək, eyni zamanda şaxələnməyə və yerli sənayenin gücləndirilməsinə töhfə vermək üçün necə tətbiq oluna biləcəyinin bariz nümunəsi idi. Bundan sonra əsas məqsəd gələcəyi qurmaqdır. Biz strateji və milli əhəmiyyət kəsb edən layihələri dəstəkləməkdə, yerli maraqlı tərəflərlə - həm dövlət, həm də özəl sektorla daha dərin əlaqələr qurmaqda çox maraqlıyıq" - deyə o qeyd edib.
Bundan başqa, UKEF rəsmisi deyib ki, qurum Azərbaycandakı layihələr üçün 5 milyard funt-sterlinqlik kredit limiti ayırıb: "Azərbaycanın makroiqtisadi göstəriciləri yaxşıdır. Hazırda ölkədəki layihələri dəstəkləmək üçün 5 milyard funt-sterlinq kredit limitimiz var. Bunun kiçik bir hissəsini, 20 milyon ABŞ dollarını "Silk Way West" layihəsinə ayırmışıq. Deməli, milli və strateji əhəmiyyətli layihələrə öz kapitalımızı və Britaniya təchizat zəncirini cəlb etmək üçün geniş imkanlar var. Biz beynəlxalq podratçılar və müxtəlif tərəfdaşlarla işləyə, Böyük Britaniya payının necə cəlb olunacağını nəzərdən keçirə bilərik. Odur ki, bunun üçün erkən mərhələdə dialoqa başlamağı təşviq edirik və növbəti müzakirələrin bir hissəsi olmaq istərdik. Ölkənin iddialarını və məqsədlərini dəstəkləmək üçün kifayət qədər geniş imkanlar var".
"UKEF Azərbaycanla 4 əsas sahədə əməkdaşlıq etmək istəyir. Bunlardan biri təmiz enerjidir. Azərbaycanın günəş, dəniz küləyi (offshore wind) və elektrikləşdirmə daxil olmaqla iddialı layihələr paketi var. Bütün bu sahələrdə Böyük Britaniya sektoru və təchizat zənciri üçün böyük potensial mövcuddur. Bizim mühəndislik, konsaltinq və təchizat zənciri sahələrində zəngin təcrübəmiz var. Buna görə də, sadəcə bir sövdələşmə və ya bir layihə ilə kifayətlənməyib, Azərbaycanın enerji keçidinə dəstək olaraq Böyük Britaniyanın imkanları və maliyyəsi ilə töhfə verə biləcəyimiz layihələr zəncirini formalaşdırmaqda çox maraqlıyıq. İkinci istiqamət nəqliyyat və Orta Dəhliz ola bilər. Dəmir yolu, dəniz limanları və hava yolları kimi sektorlarda yeni layihələr ortaya çıxır. Biz bu sahədə necə dəstək ola biləcəyimizi, əlaqələrimizi necə inkişaf etdirə biləcəyimizi özəl və dövlət sektorunun nümayəndələri ilə müzakirə edirik. Üçüncü sahə məlumat mərkəzləri (data centers) və süni intellekt (AI) infrastrukturu ola bilər. Bu, UKEF üçün yeni yaranan bir imkandır, lakin bu sektor inkişaf etdikcə əməkdaşlıq üçün böyük potensialın olduğuna inanırıq. Nəhayət, dördüncü istiqamət qabaqcıl istehsalat (advanced manufacturing) ola bilər. Ölkə öz sənayesini şaxələndirməyə, sənaye artımına nail olmağa çalışdıqca, xüsusi avadanlıqlara və mütəxəssis xidmətlərinə ehtiyac yaranacaq. Böyük Britaniya sənayesi isə bu sahələrdə uzun illərə dayanan təcrübəyə malikdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR













