Bakıda taksidən istifadə BAHALAŞIB - Ayda 330 manat...
"Bakıda taksi xidmətlərinin qiymətləri əhalinin gəlirləri ilə müqayisədə yüksək olaraq qalır. Sadə hesablamalar da bunu göstərir".
Far.Az-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, bir vətəndaşın işə gedib-gəlmək üçün gün ərzində iki dəfə taksidən istifadə etdiyini nəzərə alsaq, orta hesabla 15 manat xərc yaranır:
"İş günləri üzrə hesabladıqda bu məbləğ ay ərzində təxminən 330 manata çatır. Bu rəqəm minimum istehlak səbətinin hazırkı dəyərindən də yüksəkdir. Eyni zamanda, 330 manat minimum əməkhaqqı olan 400 manata çox yaxındır. Orta aylıq əməkhaqqı 1104 manat olduğu halda isə gündəlik iş gediş-gəlişinə taksiyə xərclənən məbləğ aylıq gəlirin təxminən üçdə birini təşkil edir.
Bütün bu göstəricilər taksi tariflərinin əhalinin mövcud gəlir səviyyəsi ilə tam uyğunlaşmadığını göstərir.
Lakin burada taksi xidmətlərinin öz xərclərini də nəzərə almaq lazımdır. Yanacaq və ya enerji sərfiyyatı, sürücünün vaxtı, avtomobilin saxlanılması və taksi şirkətlərinə ödənilən xidmət haqları bu sahədə xərclərin əhəmiyyətli hissəsini təşkil edir. Bu səbəbdən tariflərin yüksək olması avtomatik olaraq sürücülərin və ya taksi şirkətlərinin böyük gəlir əldə etməsi anlamına gəlmir".
AQC sədri əlavə edib ki, taksi qiymətlərini qonşu ölkələrlə müqayisə etdikdə isə Azərbaycanda tariflərin ümumilikdə həmin ölkələrdəki qiymətlərdən kəskin fərqlənmədiyi görünür:
"Avropa ölkələri ilə müqayisədə isə taksi xidmətlərinin qiymətləri daha yüksəkdir. Bunun əsas səbəblərindən biri həmin ölkələrdə əhalinin gəlir səviyyəsinin də daha yüksək olmasıdır.
Nəticə etibarilə, Azərbaycanda əsas məsələ yalnız taksi tariflərinin səviyyəsi deyil, həm də bu qiymətlərin əhalinin gəlirləri ilə nisbətidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR













