Çinli ekspert: "Biz ən son texnologiyalarımızın bir hissəsini bölüşməliyik"
Far.Az xəbər saytı

Çinli ekspert: "Biz ən son texnologiyalarımızın bir hissəsini bölüşməliyik"


Çin texnologiya və mütəxəssis mübadiləsinə daha çox önəm verir.

"Report" xəbər verir ki, bunu Honq Konq Elm və Texnologiya Universitetinin Makro-maliyyə və Geoiqtisadiyyat Mərkəzinin sədri Keyu Jin Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, Çin modelini "dünyanın fabriki" kimi qəbul etmək yanlış olardı: "Bu model artıq inkişaf edir. Çin texnologiyasını davamlı şəkildə bölüşmədən, yerli səviyyədə işçi qüvvəsi cəlb etmədən, yeni iş yerləri yaratmaq üçün yerli layihələr həyata keçirmədən və yerli investisiyalar qoymadan bütün dünyaya məhsul ixrac edə bilməzsiniz. Beləliklə, ticarət öhdəliklərinin istiqaməti dəyişəcək. Çin çox yaxşı dərk edir ki, ən son texnologiyalarının bir hissəsini bölüşməli və bu ölkələrə müsbət təsir göstərməlidir. Bu da prosesin "dünyanın fabriki" mərhələsindən bilik, təcrübə və mütəxəssis mübadiləsi mərhələsinə keçdiyini göstərir".

"Çin-ABŞ münasibətlərinin strateji rəqabətdən yenidən strateji sabitliyə doğru yönəldiyini demək reallıqdan çox da uzaq deyil. Və bu, məcburi bərabərlik sayəsindədir. Düşünürəm ki, son bir neçə ildə ixrac nəzarəti, ticarət müharibələri, bilirsiniz, kifayət qədər çox olan qarşıdurmalar və ya hətta əlaqələrin kəsilməsi ("decoupling") haqqında söhbətlərlə gördüklərimiz - baxmayaraq ki, xüsusilə ticarət baxımından əlaqələrin kəsildiyini tam görmürük - göstərir ki, orta güclər və qlobal güclər həlledici faktor olaraq qlobal iqtisadiyyatın davamlılığının təmin edilməsində və mövcud imkanlardan yararlanılmasında böyük rol oynayırlar", deyə K.Jin əlavə edib.

Oxşar xəbərlər

"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər