Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü
Far.Az xəbər saytı

Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü


Dövlət Tibbi-Sosial Ekspertiza və Bərpa Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında Ucar rayon sakini ilə bağlı edilən yeni təyinat barədə məlumat paylaşıb.

Far.Az-in məlumatına görə, o qeyd edib ki, 1997-ci il təvəllüdlü Əliyev Elman Arif oğluna orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə I dərəcə müddətsiz (ömürlük) əlillik və müvafiq aylıq sosial ödənişlər təyin olunub.

Bildirilib ki, E.Əliyevin II dərəcə əlillik müddəti başa çatsa da, müddətin uzadılması üçün zəruri olan "Forma 88" göndərişi elektron sistemə daxil edilməmişdi. Müvafiq göndəriş olmadan isə əlillik təyinatının aparılması mümkün deyildi.

Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü

Məsələ mediada işıqlandırıldıqdan sonra Agentlik vəziyyəti dərhal nəzarətə götürüb. TƏBİB-lə birgə həyata keçirilən texniki prosedurlar və dəstək tədbirləri nəticəsində aidiyyəti tibb müəssisəsi tərəfindən elektron sistemə zəruri göndəriş daxil edilib.

Aparılan operativ qiymətləndirmənin yekunu olaraq Elman Əliyevə I dərəcə müddətsiz əlillik, eləcə də əlilliyə görə aylıq sosial ödənişlər rəsmiləşdirilib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər