Azərbaycan və Afrika ölkələri arasında əlaqələrin inkişafı müzakirə edilib
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Afrika və Azərbaycan arasında əlaqələrin inkişafı: investisiya, ticarət və iqtisadi artım" mövzusunda keçirilən yan tədbirdə dövlət xidmətlərində innovativ yanaşmalar, "ASAN xidmət" modelinin Afrika ölkələrində tətbiqi və idarəetmə üzrə təcrübə mübadiləsi məsələlərinə toxunulub.
Bu barədə "Far.Az"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Tədbirdə Azərbaycan–Afrika iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və institusional çərçivəsi, ticarət, investisiya və biznes əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar qeyd edilib. Afrika ölkələrinin milli inkişaf prioritetləri, investisiya mühiti və Azərbaycanla əməkdaşlıq potensialı diqqətə çatdırılıb.
Azərbaycan şirkətlərinin Afrika bazarlarında fəaliyyəti, ixrac potensialının artırılması, logistika ilə bağlı praktiki məsələlər, həmçinin biznes platformalarının əməkdaşlığın genişləndirilməsində rolu müzakirə olunub.
Enerji və əmtəə ticarəti, rəqəmsal dövlət xidmətləri, infrastruktur və tikinti, kənd təsərrüfatı və aqrar emal sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik və Sosial İnnovasiyalar Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycan və Afrika ölkələri arasında dövlət xidmətlərində innovasiyaların tətbiqi üzrə əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb.
Panel müzakirəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva, "SOCAR Trading" şirkətinin qlobal biznesin inkişafı üzrə rəhbəri Toğrul Köçərli, "Africa–Azerbaijan Cooperation" (AFAZ) təşkilatının təsisçisi və sədri Rəna Qafarova, Nigeriyalıların NİDO diaspor təşkilatının sabiq prezidenti Akinropo Qbolabo Aqbabiaka, Afrika-Qafqaz Forumunun təsisçisi Predikt Mutepfe iştirak ediblər.
Müzakirələrdə Azərbaycan və Afrika ölkələri arasında qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin inkişafı və yeni investisiya imkanlarının reallaşdırılması istiqamətləri diqqət mərkəzində olub.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













