Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı
Far.Az xəbər saytı

Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı


Vətəndaş sosial şəbəkədə gördüyü elan vasitəsilə əlaqə qurduğu xalçayuma şirkətinə təmizlənməsi üçün verdiyi xalçasını geri ala bilmir.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, xalçalar bu ilin iyul ayında "Velmora" xalçayuma şirkətinə təhvil verilib. Şirkət xalçaların bir həftə ərzində qaytarılacağını bildirsə də sonradan zənglərə cavab verməyib:

"İyul ayında xalçalarımızı apardılar və bir həftə ərzində qaytaracaqlarını dedilər. Lakin sonradan zənglərimizə cavab vermədilər. Bir müddət sonra üç xalçamızı gətirdilər, amma dəyərli olan bir xalçamız qaytarılmadı. İndi isə deyirlər ki, şirkət bağlanıb, xalça yoxdur, hara istəyirsən, şikayət et".

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, bu kimi hallarda vətəndaş təqsirkarın əməlində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Xalçanın qaytarılması mümkün olmadıqda isə onun dəyərinin və ya dəymiş zərərin ödənilməsi mülki qaydada məhkəmə vasitəsilə tələb oluna bilər.

Məlumata görə, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı növbəti xalçaların kəsim mərasimində iştirak edib
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər