Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
Azərbaycan hər zaman torpaqlarının azad olunmasına, şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır.
Bu sözləri "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "Global Media Group" ilə "Report" İnformasiya Agentliyinin Vətən müharibəsi və anti-terror əməliyyatlarının növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filminin təqdimatında deyib.
Direktor qeyd edib ki, Vətən müharibəsi və anti-terror tədbirlərində Azərbaycan xalqının fədakarlığı, ordunun şücaəti və Ali Baş Komandanın liderliyi barədə bu kimi layihələr mütəmadi olmalıdır.
Fuad Hüseynəliyev həmçinin "Global Media Group"un rəhbəri Elnur Abdullayevə belə layihələrin təşkilində yaxından iştirak etməsi və dəstəyinə görə təşəkkür edib.
"Report" İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov isə filmin nümayiş vaxtının təsadüfi seçilmədiyini bildirib.
O sabah şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun anım günü olduğunu qeyd edib.
Namiq Mayılov artıq münaqişə və müharibə anlayışlarının arxada qaldığını, hazırda bölgədəki bərpa-quruculuq işlərinə diqqət çəkib: "Bu gün artıq Qarabağdayıq, Qarabağa qayıtmışıq, bərpa-quruculuq işləri həyata keçiririk. Bir sözlə, indi Qarabağda dirçəliş mərhələsindəyik. Biz də "Vətən daşı" filmimizdə Azərbaycanı dövlət olaraq bir ailə kimi, onun hekayəsi kimi təqdim etməyə çalışmışıq".
Şəhid Əkrəm Şadmanovun atası Yunus Şadmanov da öz növbəsində layihədə əməyi keçənlərə təşəkkür edib.
O qeyd edib ki, Azərbaycan xalqı yaşadıqca, inkişaf etdikcə, Qarabağı yenidən qurduqca şəhidlərin ruhu şad olacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













