Həsən Həsənli: "AI-ın tətbiqi Azərbaycanın təhsil sisteminin transformasiyasını sürətləndirəcək"
Far.Az xəbər saytı

Həsən Həsənli: "AI-ın tətbiqi Azərbaycanın təhsil sisteminin transformasiyasını sürətləndirəcək"


Süni intellekt (AI) texnologiyalarının tətbiqi Azərbaycanın təhsil sisteminin transformasiyasını əhəmiyyətli dərəcədə sürətləndirəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.

"Süni intellektin gəlişi ilə insanlar ikinci plana keçməyəcəklər. Yeni dövrdə öz gələcəyini, həyatını və karyerasını qurmaq üçün AI-dan istifadə etməyi bacaran tələbələr və vətəndaşlar uğur qazanacaqlar. Bu gün bizim üzləşdiyimiz əsas çağırış əmək bazarı üçün sadəcə kadr hazırlayan sistemlə bağlıdır. Burada zəruri olan məsələ müstəqil iş yerlərinin yaradıla biləcəyi sistemə keçiddir", - H.Həsənli qeyd edib.

Nazir müavini vurğulayıb ki, proqramlaşdırma, maliyyə planlaşdırması və idarəetmə xərclərinin azalması bu prosesi xeyli daha əlçatan edir.

Onun sözlərinə görə, nazirliyin əsas vəzifəsi təhsilin ən erkən mərhələlərindən başlayaraq gənclərdə "soft skills"in, kreativ təfəkkürün və sahibkarlıq ruhunun inkişaf etdirilməsidir.

Oxşar xəbərlər

Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər