Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlükləri açıqlanıb
Azərbaycanın məlumat mərkəzləri sahəsində əsas rəqabət üstünlüyü regional və qlobal miqyasda oynadığı birləşdirici rol ilə bağlıdır.
"Far.Az" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində keçirilən paneldə bildirib.
O vurğulayıb ki, hazırda 50-dən çox təşəbbüsü əhatə edən "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"sı çərçivəsində iri qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir: "Bu strategiya xüsusilə nəhəng hiper-skalyerlərin Azərbaycana gəlməsi və məlumat mərkəzləri yaratması üçün xüsusi stimulların formalaşdırılmasına yönəlib. Bu məlumat mərkəzləri yalnız Azərbaycanın yerli bazarına deyil, regional və qlobal miqyasda xidmət göstərəcək".
F.Cəfərov qeyd edib ki, Azərbaycanı regional məlumat mərkəzinə çevirmək üçün nəhəng şirkətlərlə müqavilələr imzalanıb: "Ölkənin əsas rəqabət üstünlüyü regional və qlobal miqyasda oynadığı birləşdirici rolla bağlıdır. Kiçik ölkə olmağımıza, dənizə çıxışı olmayan bir ərazidə yerləşməyimizə baxmayaraq, hazırda Orta Dəhliz layihəsində mühüm rol oynayırıq və bu istiqamətdə qlobal miqyasda əsas rol icra edirik. Gələcək baxışımız isə Azərbaycanda "yaşıl enerji" istehsal etmək və bunu kabellər vasitəsilə Avropaya ötürməkdir. Bu, strateji məqamdır. Ölkə olaraq, həm də optik kabellərimiz vasitəsilə Çini Avropa ilə birləşdirən əlaqələndirmə elementinə malikik. Beləliklə, uğur formulası üçün tələb olunan bütün elementlərə sahibik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













