Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı - ŞÜBHƏLİ SAXLANILDI
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Far.Az xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalara başlanılıb.
İnsident nəticəsində ilkin məlumata görə, 1 şagird həyatını itirib, 4 nəfər isə yaralanıb.
Hadisənin digər təfərrüatları araşdırılır.
***10:36
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib.
Far.Az "A Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, daha 4 nəfər yaralanıb.
Məlumatı Turgutlu Bələdiyyə sədri Çetin Akın təsdiqləyib.
Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar davam etdirilir.
***10:01
Türkiyədə məktəbə silahlı hücum olub.
Far.Az NTV-yə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Turqutlu rayonunda baş verib.
Məlumata görə, silahlı hücum nəticəsində yaralananlar var.
Hücum nəticəsində 4 şagirdin yaralandığı bildirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Oxşar xəbərlər
FHN şagird və müəllimlərlə təlim keçirdi
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasimi keçirilib
Türkiyədə liseyə silahlı hücum olub, 1 şagird ölüb, 8 nəfər yaralanıb, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB-3
Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır
Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













