"Qısa müddətdə insanlara keçir" - Tanınmış professor təhlükəli virusları açıqladı
"Payızın gəlişi və havaların soyuması ilə respirator virus infeksiyalarının yayılmasında artım müşahidə olunur. İnsanların gündəlik dildə "soyuqdəymə" adlandırdığı xəstəliklərin əksəriyyəti əslində müxtəlif respirator virusların törətdiyi infeksiyalardır".
Bunu BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla deyib.
Onun sözlərinə görə, bu qrupa qrip, koronavirus, rinovirus, adenovirus və digər respirator virusların yaratdığı xəstəliklər daxildir.
"Bu xəstəliklərin əlamətləri bir-birinə kifayət qədər yaxındır. Əsasən yuxarı tənəffüs yollarının kəskin iltihabı ilə müşayiət olunduğu üçün xəstələrdə öskürək, burun axması, burun tutulması, burunda seliyin yaranması, bəlğəm, halsızlıq, zəiflik, baş və bel ağrıları, hərarət və bəzi hallarda yüksək temperatur müşahidə olunur.
COVID-19 pandemiyası dövründə dad və qoxu hissinin itməsi də xarakterik əlamətlərdən biri kimi diqqət çəkirdi. Lakin ümumilikdə respirator virus infeksiyalarının klinik mənzərəsində bir çox oxşar simptomlar mövcuddur", – deyə mütəxəssis bildirib.
Tanınmış professor respirator virusların əsasən hava-damcı yolu ilə yayıldığını qeyd edib:
"Bu xüsusiyyət həmin infeksiyaların qısa müddət ərzində çoxsaylı insanlara keçməsinə şərait yaradır. Respirator virusların məktəblərdə, auditoriyalarda, ictimai nəqliyyatda və insanların kütləvi şəkildə toplandığı digər qapalı məkanlarda daha sürətlə yayılması təsadüfi deyil. Xəstə insan öskürdükdə və ya asqırdıqda virus hissəcikləri ətraf mühitə yayılır və digər şəxslərin tənəffüs yollarına daxil olaraq infeksiyaya səbəb ola bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Payız gəldi, viruslar aktivləşdi: Mütəxəssislərdən vacib XƏBƏRDARLIQ
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb













