Rubio: Britaniyadakı insidentdə xarici müdaxilə izi aşkarlanıb
Far.Az xəbər saytı

Rubio: Britaniyadakı insidentdə xarici müdaxilə izi aşkarlanıb


ABŞ hərbçilərinin istifadə etdiyi Böyük Britaniyadakı Feyrford aviabazasında baş verən insidentdə xarici müdaxilə izi aşkarlanıb.

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib.

"Böyük Britaniyada həftəsonu baş vermiş hadisə çox ciddi vəziyyətdir. Görünür, burada xarici müdaxilə olub. Bu məsələ ilə bağlı əməkdaşlığına və göstərdiyi yardıma görə Böyük Britaniyaya təşəkkür etmək istəyirəm. Yaxın günlərdə bu mövzuda daha çox məlumat açıqlanacaq", – Rubio deyib.

Bazar günü Britaniya polisi partlayıcı maddələrlə bağlı qanunvericilikdə nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.

Sonradan onların hamısının Britaniya vətəndaşı olduğu müəyyənləşib. Şübhəlilər bazar ertəsi girov qarşılığında sərbəst buraxılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər