Rusiya Ali Məhkəməsinin sədrinə "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı təqdim edilib
Azərbaycanın Baş prokuror Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədri İqor Krasnova "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalını təqdim edib.
Bu barədə "Far.Az"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 29-da Rusiyanın Moskva şəhərində Kamran Əliyevlə İqor Krasnov arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin mühüm rolu qeyd olunub. Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti prinsipləri əsasında inkişaf etdiyi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəminin mövcud olduğu vurğulanıb.
Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Görüş zamanı Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin hüquq təhsili və kadrların peşə hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu xüsusda əlaqələrin genişləndirilməsi, birgə elmi-praktiki tədbirlərin, təlimlərin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv münasibətlərin, möhkəm, etimada əsaslanan və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, keçirilən görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













