Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.
Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.
Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək.
Qeyd edilib ki, bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqqıları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq.İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq.
Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqıları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22.8% artacaq.
Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq.
Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq.
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşları orta hesabla 22,8% artırılacaq – 550 milyon manat ayrılacaq
Arzu Nağıyev: Hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













