"Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq
Türkiyə ilə BMT oktyabrın əvvəlində Qara dənizdə Rusiya və Ukrayna arasında atəşkəs məsələsi üzrə yeni danışıqlar raundu təşkil edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan yüksəkvəzifəli diplomata istinadən məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda vasitəçi qismində İsveçrənin "Center for Humanitarian Dialogue" QHT-nin nümayəndələri çıxış edəcəklər. Qeyd olunub ki, sentyabr ayında bir sıra ölkələrin dəstəyi ilə başlanmış təşəbbüs Qara dəniz vasitəsilə gəmiçiliyin və taxıl daşımalarının təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin əlaqələndirilməsinə yönəlib.
Tərəflərin münaqişə iştirakçıları arasında məhdud çərçivəli razılaşmanın əldə olunması imkanını müzakirə edəcəyi gözlənilir. Bu razılaşma kommersiya məqsədli gəmiçiliyin sərbəstliyini, həmçinin liman və enerji infrastrukturunun qorunmasını nəzərdə tutur.
Sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində Türkiyə, ABŞ, Avropa ölkələri, Hindistan və Misirin iştirakı ilə keçirilmiş qapalı görüş yuxarıda adıçəkilən diplomatik təşəbbüsün əsasını qoyub.
Qarşıdan gələn danışıqlarda ərzaq qiymətlərinin artımından ən çox zərər çəkmiş ölkələrin maraqları nəzərə alınacaq. Rusiya və Ukrayna dünya buğda tədarükünün dörddə birindən çoxunu təmin edir, Qara dənizdə liman infrastrukturuna hücumların güclənməsi isə ərzaq ixracının gələcəyi ilə bağlı narahatlıq yaradır.
Oxşar xəbərlər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













