UKMTO Hörmüz boğazında tankerə hücum barədə məlumat yayıb
Far.Az xəbər saytı

UKMTO Hörmüz boğazında tankerə hücum barədə məlumat yayıb


Hörmüz boğazında tanker naməlum mərminin hücumuna məruz qalıb.

"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Tankerin kapitanı maşın şöbəsində zədələnmələrə səbəb olan naməlum mərminin dəyməsi barədə xəbər verib", - məlumatda qeyd olunub.

Bildirilib ki, heyət təhlükəsizlikdədir və hazırda ekoloji ziyan barədə informasiya daxil olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hörmüz boğazından keçən gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə edilib.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər