Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında saziş təsdiqlənib
Milli Məclis Azərbaycan və Slovakiya hökuməti arasında məxfi məlumatın mübadiləsi haqqında sazişi təsdiq edib.
"Report" xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb.
Sənədin məqsədi tərəflər arasında və ya onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatın mühafizəsini təmin etməkdir.
Sazişdə məxfilik dərəcələri tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan üçün "xüsusi əhəmiyyətli", "tam məxfi" və "məxfi" kimi müəyyən edilib.
Vurğulanıb ki, məxfi məlumata buraxılış yalnız xidməti zərurət əsasında, məxfi məlumatın mühafizəsi üçün öz məsuliyyətləri barədə təlimatlandırılan və qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq, məlumatın açıqlanmaması barədə müqaviləni imzalamış şəxslərə verilir.
Məxfi məlumat qəbul edən tərəfə göndərən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq və ya səlahiyyətli təhlükəsizlik orqanları arasında yazılı şəkildə razılaşdırılmış başqa qaydada ötürülür. Məxfi məlumatın elektron üsulla ötürülməsi yalnız səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən təsdiq edilmiş prosedurlara uyğun olaraq kriptoqrafik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. Qəbul edən tərəf məxfi məlumatın qəbul edilməsini yazılı şəkildə təsdiq edir.
Bildirilib ki, səlahiyyətli təhlükəsizlik orqanları sorğu əsasında məxfi məlumatın mühafizəsi üzrə öz dövlətlərinin milli qanunvericiliklərində, siyasətlərində və təcrübələrində dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.
Sazişin təfsiri, tətbiqi və ya yerinə yetirilməsindən yaranan hər hansı mübahisə tərəflər arasında yalnız məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir və həll üçün heç bir milli və ya beynəlxalq məhkəməyə və ya 3-cü tərəfə müraciət edilmir.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













