Avropada növbəti muzeyi soymaq istədilər
Avropada muzeylərə qarşı oğurluq cəhdlərinin sayı ilə bağlı yeni hadisə qeydə alınıb.
Far.Az xəbər verir ki, Parisdə yerləşən "Nissim de Kamondo" muzeyinə naməlum şəxs daxil olaraq oğurluq etməyə cəhd göstərib.
Hadisə zamanı şübhəli şəxs muzeyin pəncərələrindən birini sındırıb. Lakin mühafizə sisteminin siqnalizasiyasının işə düşməsindən sonra ərazidən qaçıb.
Təhlükəsizlik kameralarının görüntülərini araşdıran polis müəyyən edib ki, şəxs binaya arxa həyətdə yerləşən bağlardan keçərək daxil olub və daha sonra pəncərəni sındırıb.
Şübhəli şəxs sonradan müəyyən edilərək tanınıb. Lakin onun saxlanılmadığı bildirilir. Hadisə ilə bağlı oğurluğa cəhd və əmlaka zərər vurma faktı üzrə araşdırma başlanıb.
Paris prokurorluğunun məlumatına görə, hadisə zamanı muzeydən heç bir əşya oğurlanmayıb.
Qeyd edək ki, "Nissim de Kamondo" muzeyi Fransanın XVIII əsrə aid ən qiymətli sənət əsərləri kolleksiyalarından birinə ev sahibliyi edir. Hazırda muzey təmir səbəbindən fəaliyyət göstərmir. Onun 2030-cu ildə yenidən ziyarətçilərin üzünə açılması planlaşdırılır.
Bu, son dövrlərdə Avropada muzeylərə qarşı qeydə alınan ilk belə hadisə deyil. Avqust ayında Vyananın mərkəzində yerləşən Tətbiqi Sənət Muzeyindən 673 brilyantla bəzədilmiş boyunbağı oğurlanıb.
Sentyabrda isə Münhendə muzey-bağın ərazisindən heykəllərin oğurlandığı bildirilib. Bundan əvvəl İsveçrənin qərbində yerləşən şəhərlərdən birində oğrular ikinci saat muzeyinə də daxil olaraq qiymətli eksponatları hədəfə alıblar.
Oxşar xəbərlər
Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Azərbaycanda muzeylərə maraq yüksək səviyyədədir – SORĞU
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













