Deputat: "Dövlət qulluğunda 2 800-dən çox vakant yer var"
Azərbaycanda dövlət qulluğunda 2 800-dən çox vakant yer var.
"Report" xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, dövlət qulluğuna müsahibə zamanı 1 vakansiyaya təxminən 7 nəfər iddia etdiyi halda, təyinatların boş yerlərə nisbəti 46,8 % təşkil edir: "İnsanlar illərlə ehtiyat siyahısında qalaraq gözləyir".
Deputat qeyd edib ki, 2025-ci ilin sonunda Azərbaycanda dövlət qulluqçularının sayı 27,3 min nəfər olub: "Onların 44,2 %-i təkcə 7-ci təsnifat üzrə inzibati vəzifələrdədir, yardımçı vəzifələrin payı isə 23,2 %-dir. Dövlət qulluğunda 15 il və daha çox xidmət etmiş insanların payı cəmi 27,4%-dir. Yəni söhbət təxminən 7,5 min təcrübəli dövlət qulluqçusundan gedir. Uzun müddət dövlət qulluğunda çalışan şəxslər bir neçə struktur və rəhbər dəyişikliyindən, davamlı qanunvericilik islahatlarından, dövlətçiliyimiz üçün mühüm sınaqlardan keçiblər. Eyni zamanda, dövlət illərlə bir kadrın hazırlanmasına, təcrübə toplamasına vəsait və zaman sərf edir. "Yüksəliş" müsabiqəsinin məqsədi də kadr bankını yaratmaqdır".
"Dövlət qulluğunda kadr sabitliyi idarəetmənin əsas, ən vacib tələblərindən biridir. Nazir, komitə sədri, agentlik rəhbəri müəyyən zaman periodunda dəyişə bilər, struktur və institusional islahatlar da normal prosesdir. Lakin dövlət qulluqçusunun taleyi sahə qurumuna gələn birinci şəxsin subyektiv iradəsindən asılı olmamalıdır. Əks halda dövlətçilik məktəbini yaratmaq əvəzinə, rəhbərlikdən rəhbərliyə dəyişən komandalar sistemi meydana çıxacaq. İkinci böyük məsələ dövlət qulluğuna qəbul məsələsidir. 95 bal toplayan namizədin müsahibədə fikrini ifadə edə bilməməsi nümunəsi əks-arqument kimi daha çox səslənir. 2025-ci ilin göstəricilərinə görə, əsas seçim xətti üzrə 4 065 vakansiya olub. 15 743 qeydiyyat aparılıb, 7 350 nəfər faktiki iştirak edib, 2920 uğurlu nəticə qeydə alınıb, cəmi 2 054 təyinat baş verib".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













