Konqoda Ebolaya yoluxanların sayı 8 665-ə çatıb
Far.Az xəbər saytı

Konqoda Ebolaya yoluxanların sayı 8 665-ə çatıb


Konqoda Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı artaraq 8 665-ə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun məlumatında bildirilib.

Hesabata əsasən, ölənlərin sayı 4 178 nəfər olub.

"Cavab tədbirləri 7 əyalətdə və zərərçəkmiş 64 rayonda davam edir: 8 665 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 890 xəstə təcrid və stasionar şəraitindədir, 2 259 nəfər sağalıb", - deyə məlumatda qeyd edilib.

Daha əvvəl Konqonun səhiyyə naziri Samuel Roje Kamba Ebola epidemiyasının hakimiyyət tərəfindən tam nəzarətə götürüldüyünü bəyan etmişdi.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb -YENİLƏNİB-6
Konqoda Ebolaya yoluxma hallarının sayı iki mini ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər