Azərbaycan və Çinin media subyektləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə Medianın İnkişafı Agentliyində (MEDİA) görüş keçirilib.
MEDİA-dan "Report"a bildirilib ki, görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində informasiya və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tərəfdaşlığın qurulması ilə bağlı bir sıra məsələlərə toxunub, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” çərçivəsində müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsinin vacibliyini vurğulayıb.
Çin Qitələrarası Kommunikasiya Mərkəzinin direktor müavini Cui Binzhen isə hər iki ölkə arasında sözügedən sahədə mövcud potensialın artırılması üçün müxtəlif platformalar vasitəsilə əlaqələrin dərinləşdirilməsinin, jurnalistlər və media mütəxəssisləri arasında birgə təlim proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib, dezinformasiyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













