"Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp
Far.Az xəbər saytı

"Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp


ABŞ prezidenti Donald Tramp aralıq seçkiləri kampaniyası çərçivəsində Nyu-York ştatının Siraküz şəhərində keçirilən mitinqdə çıxışı zamanı ştatda iyun ayında qəbul edilmiş və ailə hüququnu daha inklüziv etməyə yönəlmiş qanunu sərt tənqid edib.

Respublikaçılar Partiyasının kəskin etirazına səbəb olan bu qanun, xüsusilə, surroqat analıq yolu ilə dünyaya gələn uşaqların valideynlərinin hüquqi statusunu möhkəmləndirməyi nəzərdə tutur.

"Artıq "ana, salam, ana" yox, "hamilə valideyn, salam, hamilə valideyn" deməliyik!", – Donald Tramp gülüş səsləri ilə qarşılanan çıxışı zamanı belə deyib.

O, sözlərinə davam edərək bildirib: "Salam, hamilə valideyn, səni bütün qəlbimlə sevirəm, hamilə valideyn!".

Tramp, həmçinin Nyu-York ştatının qubernatoru Keti Hokulu tənqid edib, qanunda nəzərdə tutulan müddəaları Hokulun transgender uşaqlar üçün tibbi xidmətlər və transgender kişilərin qadın idman yarışlarında iştirakı ilə bağlı mövqeləri ilə əlaqələndirib.

Qeyd edək ki, qanun layihəsi 2026-cı il iyunun 3-də Nyu-York ştatı Senatında, iyunun 4-də isə ştat Assambleyasında qəbul edilib. Daha sonra yekun qərarın verilməsi üçün qubernator Keti Hokula təqdim olunub. Lakin bu günədək onun qərarı gözlənilir.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər