Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Far.Az xəbər saytı

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar


Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər.

"Far.Az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, "Starlink" terminallarının iş sürətinin məhdudlaşdırılması Avropa dövlətlərinə peyk rabitəsi sahəsində ABŞ-nin qərarlarından asılı olduqlarını nümayiş etdirib.

V.Zelenski qeyd edib ki, Vaşinqton mövcud razılaşmalardan və müqavilələrdən asılı olmayaraq sistemin işini məhdudlaşdırmaq imkanına malikdir ki, bu da həmin texnologiyadan istifadə edən ölkələrin təhlükəsizliyi üçün risklər yaradır.

"Bütün Avropa gördü ki, razılaşmalardan və müqavilələrdən asılı olmayaraq, "Starlink"in sürətini ABŞ-dən tənzimləmək, məhdudlaşdırmaq mümkündür", - o bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, Avropa dövlətləri artıq "Starlink"in öz analoqlarının yaradılması üzərində işləyirlər, lakin bu işlərdə məhz hansı ölkələrin iştirak etdiyini və layihələrin hansı mərhələdə olduğunu dəqiqləşdirməyib.

Bununla yanaşı, Zelenski bu təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər