Azərbaycan Ordusunun hərbi qulluqçusu Naxçıvanda dəfn olunub - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycan Ordusunun hərbi qulluqçusu Naxçıvanda dəfn olunub - YENİLƏNİB


Azərbaycan Ordusunun bu gün vəfat edən hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu Kəngərli rayonunun Xok kəndində dəfn olunub.

“Far.Az”un yerli bürosu xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, B.Tağıyev Kəngərli rayonunun Xok kəndində doğulmuşdu. O, bu gün səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

B.Tağıyev ailəli idi, 5 yaşlı oğlu var.

21:32

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürəktutmasından vəfat edib
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər