“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək
Elektrikli avtomobillərə tələbatın azalması və Çin istehsalçıları ilə şiddətli rəqabət səbəbindən “Ford” şirkəti 2027-ci ilin sonuna qədər Avropada təxminən 4 min iş yerini ixtisar etməyi planlaşdırır.
“Far.Az” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd olunur ki, ixtisarlar Almaniyada 3 min, Böyük Britaniyada isə 800 işçiyə təsir edəcək və bu, avtomobil istehsalçısının Avropadakı işçi qüvvəsinin 14 %-i deməkdir.
İxtisarlar həmkarlar ittifaqları ilə müzakirə edilir, şirkət isə diqqətini daha gəlirli sahələrə yönəldəcək. Daha əvvəl “Ford”un rəhbəri Cim Farli elektrikli avtomobillərin istehsalının 40 % daha az işçinin tələb etməsi barədə bildirib.
“Ford”un Avropada rəqabətədavamlı qalmasını təmin etmək üçün qətiyyətli addımlar atmağımız çox vacibdir”, - şirkətin vitse-prezidenti Deyv Conston deyib.
Oxşar vəziyyət Almaniyada zavodlarını bağlamağı, bazar payının itirilməsi səbəbindən genişmiqyaslı ixtisarlar planlaşdıran “Volkswagen” şirkətində də müşahidə olunur.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
“Volkswagen” Almaniyadakı zavodlarını bağlamağı nəzərdən keçirir
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













